Beynəlxalq turnirdə iştirak edəcək “Qəbələ” klubunun heyəti müəyyənləşmişdir
08 oktyabr, 2012 16:05
Bakı, 8 oktyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, “Qəbələ” klubunun 12 yaşadək futbolçulardan ibarət komandası oktyabrın 10-15-də Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq “Young Talents-2012” turnirində iştirak edəcəkdir.
Klubdan AzərTAc-a bildirmişlər ki, komandamızın turnirə yollanacaq heyəti müəyyənləşmişdir. Heyətdə qapıçılar - Elməddin Sultanov, Pünhan Hacıbalayev, müdafiəçilər - Salman Ələsgərov, Taleh Hacızadə, İdris İnqilablı, Elşad Tağıyev, Nicat Verdiyev, yarımmüdafiəçilər - Tamerlan Rizvanov, Fərid İsgəndərov, Veysəl Rzayev, Samir Qurbanov, Nicat Oruclu, hücumçular - Orxan Abdullayev və Təbriz İsazadə yer almışlar.
Turnirin qrup mərhələsində “Qəbələ” komandası “Zenit” (Rusiya), “Ştik” (Latviya), “Stroqino” (Rusiya) və “Rusiçi Orel” (Rusiya) kollektivləri ilə qarşılaşacaqdır.
Azertag

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı