"Qəbələ" futbol klubu beynəlxalq turnirdə iştirak edəcəkdir
08 oktyabr, 2012 16:04
Bakı, 8 oktyabr (AzərTAc). “Qəbələ” klubunun 12 yaşadək futbolçulardan ibarət komandası oktyabrın 10-da Rusiyanın Sankt-Peterburq şəhərinə yollanacaqdır.
Klubdan AzərTAc-a bildirmişlər ki, beynəlxalq “Young Talents-2012” turnirində iştirak edəcək komandamız kubok uğrunda “Barselona”, “Zenit”, “Rubin”, “Spartak” kimi tanınmış rəqiblərlə mübarizə aparacaqdır.
Oktyabrın 15-dək davam edəcək turnirinin qrup mərhələsində “Qəbələ” komandası “Zenit” (Rusiya), “Ştik” (Latviya), “Stroqino” (Rusiya) və “Rusiçi Orel” (Rusiya) kollektivləri ilə qarşılaşacaqdır.
Azertag

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı