Xəbərlər

Muxtar respublikada payızlıq taxıl əkini aparılır
08 oktyabr, 2012 16:01

Naxçıvan, 8 oktyabr (AzərTAc). Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əkilən torpaq sahələrinin genişləndirilməsinə və bol məhsul istehsalına səbəb olmuşdur. Kənd təsərrüfatının inkişafına göstərilən qayğının nəticəsidir ki, 2012-ci ilin məhsulu üçün 34 min 965 hektar sahədə taxıl əkini aparılmış, 102 min tona yaxın məhsul tədarük edilmişdir.

AzərTAc xəbər verir ki, muxtar respublikada növbəti ilin məhsulu üçün payızlıq taxıl əkininə başlanmış, bu günə qədər 2885 hektar sahə əkilmişdir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov oktyabrın 6-da Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin ərazisindəki taxıl əkini sahəsinə baxmış, taxıl səpininin gedişi ilə maraqlanmışdır.
 
Məlumat verilmişdir ki, baxış keçirilən 16 hektarlıq ərazinin hər hektarına 180 kiloqram əvvəlcədən dərmanlanmış məhsuldar və keyfiyyətli buğda toxumu səpilmiş, 250 kiloqram fosfor gübrəsi verilmişdir. Ərazinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün kanal və arxlar bərpa edilmişdir. Əkində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikalarından istifadə olunur, şırım üsulu ilə tətbiq olunur. Taxılçılıqda şırım üsulunun tətbiqi suvarmanın səmərəliliyi və bol məhsul yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Ali Məclisin sədri muxtar respublikada taxıl əkinlərinin şırım üsulu ilə aparılmasının davam etdirilməsi, sahələrə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilməsi, bu il də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə müasir kənd təsərrüfatı texnikalarının alınıb muxtar respublikaya gətirilməsi barədə tapşırıqlar vermişdir.
 
Azertag
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.