Xəbərlər

Ramil Qasımovun Azərbaycan bəstəkarlarının romanslarından ibarət CD albomu işıq üzü gördü
04 oktyabr, 2012 00:05

Bakı, (ERtv). Məşhur vokalçı, Şərqin ən gənc “Koroğlu”su Ramil Qasımovun Azərbaycan bəstəkarlarının romanslarından ibarət CD albomu işıq üzü görüb. Albomda dahi Üzeyirbəyin romansları, həmçinin, Asəf Zeynallı, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Vasif Adıgözəlov, Rəşid Şəfəq, Ceyhun Allahverdiyevin və gənc bəstəkarların əsərləri yer alıb.

Ramil Qasımov ERtv-yə bildirib ki, Azərbaycan musiqisinin müxtəlif janrlarının hər biri dünyanın müxtəlif ölkələrində təbliğ olunur və sevilir: "Ölkə rəhbərliyinin apardığı məqsədyönlü, uzaqgörən dövlət gənclər siyasəti, onlara  göstərdiyi diqqət və qayğı əvəzolunmazdır. Daim bu qayğıdan ruhlanaraq doğma müasir Azərbaycana, Azərbaycan mədəniyyətinə xidmət etməklə şərəf duyur və yeni töhfələr verməyə çalışıram. Elə bu məqsədlə də “Azərbaycan romansları” adlı CD kompakt disk albomum işıq üzü gördü. Azərbaycan romanslarını bir toplu şəklində hazırlamaqda məqsədim bu janrı Azərbaycanda və onun hüdudlarından kənarda təbliğ etməkdir. Onu da qeyd edim ki, CD topluda Azərbaycan Televiziya və RadiosununSəid Rüstəmov adına əməkdar Xalq çalğı alətləri orkestri, Niyazi adına simfonik orkestr, Bakı Musiqi Akademiyasının dosenti Züleyxa Bayramovanın müşayiəti ilə əsərlər lentə alınıb".

Qeyd edək ki, Azərbaycan Televiziyası və Radiosunda bir zamanlar “Romans axşamı” adlanan  veriliş Əməkdar incəsənət xadimi, rejissor Etibar Babayevin yeni quruluşunda, yeni cənc ifaçılarla musiqisevənlərə təqdim ediləcək. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.