Ermənilər susduruldu
04 oktyabr, 2012 08:43
Bakı, (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə İcevan rayonunun Berkaber və Paravakar kəndlərində, Ağdam rayonunun işğal olunan Mərzili və Cəvahirli, Xocavəndin Kuropatkino, Goranboyun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.