Prezident İlham Əliyev İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib
03 oktyabr, 2012 23:35
Bakı, (ERtv). Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib. Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunan görüşdə Foruma marağın getdikcə daha da artdığı bildirilib.
Görüşdə həmçinin Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.