Prezident İlham Əliyev İSESCO-nun baş direktorunu qəbul edib
03 oktyabr, 2012 23:18
Bakı, (ERtv). Azərbaycan prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə İSESCO-nun 30 illiyinə həsr olunan emblemi dövlət başçısına təqdim edib.
Azərbaycan prezidenti İlham Əliyev Əbdüləziz bin Osman əl-Tüveycrinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini vurğulayıb. Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olunub. Forumun artıq ənənəyə çevrildiyi məmnunluqla ifadə edilib. Görüşdə, həmçinin Azərbaycanla İSESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə edilib.