Bakı, 24 sentyabr (ERtv). Prezident İlham Əliyev Şövkət Ələkbərovanın 90 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncama bildirilir ki, 2012-ci ilin oktyabrında Azərbaycanın xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni Şövkət Feyzulla qızı Ələkbərovanın anadan olmasının 90 illiyi tamam olur. Ölkəmizdə musiqi mədəniyyətinin inkişafı və eləcə də təbliği işinə dəyərli töhfələr verən mahir muğam və mahnı ifaçısı Şövkət Ələkbərovanın 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Şövkət Ələkbərovanın 90 illik yubileyinə həsr olunan tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.