Xəbərlər

Dünya şöhrətli müğənni Cennifer Lopez Bakıda konsert proqramı ilə çıxış etdi
24 sentyabr, 2012 08:16

Bakı, 24 sentyabr (ERtv). Dünya şöhrətli müğənni Cennifer Lopez “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Bakı Crystal Hall”un möhtəşəm səhnəsində konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə reallaşan konsertə qonaq qismində qatılan tanınmış müğənni və bəstəkar Emin Ağalarov tamaşaçıların qarşısına ilk olaraq “Just for one night” mahnısı ilə çıxıb. Gözəl səhnə tərtibatı ilə diqqəti çəkən konsertdə müğənni, ötən səhnə çıxışlarında olduğu kimi, bu dəfə də ayrı-ayrı bəstəkarların mahnıları ilə yanaşı, yeni işıq üzü görən və artıq dünyanın bir çox ölkələrində məşhurlaşan “After the Thunder” albomuna daxil olan mahnıları tamaşaçılara təqdim edib. Emin Ağalarov bildirib ki, “Baku Crystal Hall”un səhnəsində Cenifer Lopezlə birlikdə böyük konsert proqramı ilə çıxış etmək onun üçün çox xoşdur. Müğənni həmçinin “Eurovision-2012” mahnı müsabiqəsindən sonra təqribən 25 min tamaşaçı tutumu olan bu möhtəşəm salonun səhnəsində yenidən çıxış etməyin çox həyəcanlı olduğunu vurğulayıb: “Mən bu konserti çoxdan gözləyirəm. Burada çıxış etmək həmişə böyük məsuliyyətdir. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqrama çox təəccüblənəcək”.

Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən müğənni Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulayıb. E.Ağalarov, həmçinin SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin repertuarından “Dəniz” mahnısını da səsləndirib. Müslüm Maqomayevin adını hər zaman uca tutduğunu dilə gətirən müğənni, məhz ondan nümunə götürərək sənətdən zövq aldığını qeyd edib.

Tamaşaçılar həmçinin Bakıda keçirilən 57-ci “Eurovision” mahnı müsabiqəsində Emin Ağalarov ilə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olub. 


Daha sonra səhnəyə çıxan dünya şöhrətli müğənni Cennifer Lopez Bakıdakı pərəstişkarları üçün misilsiz şou nümayiş etdirib.

Tamaşaçılara “Mənimlə oynayın” deyə səslənən C.Lopez ilk olaraq “Love don`t cost a thing” mahnısını ifa edib. Möhtəşəm atəşfəşanlıq və mükəmməl akustika ilə müşayiət olunan müğənninin ifası daha sonra “Stay on the floor”, “İ`m into you”, “Jenny from the block”, “Dance again” mahnıları ilə davam edib.

Müğənni ilə birgə ABŞ-ın Los-Anceles şəhərindən ölkəmizə 65 yük avtomobili və 5 təyyarə ilə xüsusi avadanlıq gətirilib. Konsertin hazırlıq işlərinə 500-dək heyət cəlb olunub.

Anşlaqla keçən konsertdə C.Lopezin ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Müğənninin Bakıdakı konsertini dinləmək üçün dünyanın bir çox ölkəsindən fanatları da gəlib. Nadir vokal diapazonu, pop musiqisini özündə əks etdirən qeyri-adi üslubu ilə seçilən müğənni beynəlxalq musiqi arenasının misilsiz incisi kimi məşhurdur. Cennifer Lopez iki “Qremmi”, iki “Latın Qremmi” mükafatı və üç “American Music Awards” daxil olmaqla, çoxsaylı uğurlara imza atıb.

Qeyd edək ki, C.Lopez Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin təntənəli açılış mərasimdə də çıxış edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.