Bakı, 13 sentyabr (ERtv). FİFA U-17 qadınlararsı dünya çempionatı Azərbaycan 2012-yə həsr olunan Fan Zona azarkeşlərin tam əyləncəsi və rahatlığı üçün Dənizkənarı Milli Parkın ərazisində qurulur. Fan Zona 15 sentyabr - 13 oktyabr tarixlərində hər gün saat 12:00-dan 22:00-dək açıq olacaq və qonaqlarını müxtəlif oyunlar, lotoreya, çempionatın və sponsorların hədiyyələri ilə yanaşı bir çox başqa sürprizlərlə sevindirəcək. 15 sentyabr - şənbə gününə təsadüf edən Fan Zonanın açılışında və eyni zamanda Kubok turunun bağlanış mərasiminə həsr olunan möhtəşəm konsert proqramında dünya şöhrətli pop ulduz, Avro-2012-nin rəsmi mahnısının ifaçısı Okeana çıxış edəcək.
Qeyd edək ki, Okeana ilk dəfə dünya reytinqlərində hitə çevrilən "Cry Cry" mahnısı ilə məhşurluq qazanıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı