Kopenhagendə Müslüm Maqomayevin xatirə gecəsi keçirildi
04 sentyabr, 2012 09:23
Bakı, 04 sentyabr (ERtv). Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin xatirə gecəsi keçirilib. Xatirə gecəsini uzun illər M.Maqomayevlə dostluq edən Sergey Yevdokimov açaraq onunla bağlı xatirələrindən danışıb, müğənninin həyat və yaradıcılığı barədə məlumat verib. Daha sonra M.Maqomayevin yaradıcılığına dair video çarxlar nümayiş etdirilib.
Xatirə gecəsində Danimarkada yaşayan soydaşlarımızla yanaşı, digər xalqların diasporları, həmçinin yerli ictimaiyyət nümayəndələri iştirak edib.