Bakı, 03 sentyabr (ERtv). Dünya pop-musiqisinin şahzadəsi sayılan amerikalı Rihanna Twitter-dəki akkauntu vasitəsilə paylaşdığı fotoşəkildən sonra söyməyə başlayıb. Londondan Parisə yollanmaq üçün Eurostar sürət qatarına minən 24 yaşlı Rihanna vağzalda qatarın yola düşdüyü vaxtı göstərən elektron tablonun fotosunu çəkib.
Fotonu İnstagram və Twitter vasitəsilə yayan Rihanna həmin servislərdə 25 milyondan artıq təqibçisinin olduğunu nəzərə almayıb. Foto yayılandan sonra minlərlə fransız fanat Rihannanı Paris dəmiryol vağzalında gözləyib. Pərəstişkarlarından mühafizəçilərin əziyyətli cəhdləri ilə qurtulan Rihanna daha sonra Twitter-də söyməyə başlayıb: "Bunlar lap ... adamlardır. Sarsaqlardır. Vağzaldan çıxmaq üçün az qala döyüşmək məcburiyyətində qaldıq. Onu da unutmayın: məni itələyəni mən də itələyərəm".