Məşhur türk müğənnisi sevgilisindən ayrıldı: bu dəfə həmişəlik
19 avqust, 2012 05:48
Tanınmış türk müğənnisi Özcan Dəniz 4 ildə 5 dəfə ayrılıb 6 dəfə barışdığı sevgilisi Fəхriyə Evcənlə yenə ayrıldı.
Özcan Dənizlə Evcən bir daha barışmamaq şərti ilə ayrılıblar.
Özcan Dəniz yaхın dostlarına "Sevgimiz sonsuza qədər bitti" açıqlamasını verərək bir daha barışacaqları barədə söhbət belə gedə bilməz deyə hər kəsi agah edib.
Qeyd edək ki, Özcan Dəniz ikinci rejissor işi olan "Evim Sənsən" adlı romantik filmdə Fəхriyə Evcənlə baş rolda çəkilmiş, elə hey evlənmək istədiyini söyləyən sevgilisiylə rol üçün nikah masasına da oturmuştu.
Beləliklə, Dənizlə Evcənin sevgisi yalnız "Evim Sənsən" filmində öpüşərkən görüntülənən fotoşəkillərdə qaldı.