Məşhur türkiyəli müğənni ata oldu
30 iyul, 2012 16:18
Kıraç ikinci övlad sahibi olub.
Türkiyənin məşhur müğənni və bəstəkarı Kıraç ikinci övlad sahibi olub. Ötən gün Kıraç və Ayşə Şulə Bilgiç cütlüyünün oğlu dünyaya gəlib.
Yeni doğulan körpəyə Çağrı Manas adı verilib. Nəzərdən ehtiyat edən müğənni körpə haqda çox məlumat vermək istəməyib. O, sadəcə, həyat yoldaşı və yeni doğulan oğlunun vəziyyətinin çox yaxşı olduğunu bildirib.
Kıraçın ilk övladı qızdır, onun adı isə Elif Irazdır.