Xəbərlər

Silvester Stallone oğlunu itirdi
14 iyul, 2012 05:05

 

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Silvester Stallonenin oğlu Seyc Stallone ölüb.

Seyc Stallonenin öldüyünü onun vəkili də jurnalistlərə təsdiqləyib. Polis 36 yaşlı mərhumun evində quldurluq və ya qarət izləri aşkarlamayıb. Seyc Stallonenin meyitini onun qulluqçusu aşkarlayıb. Ölümün səbəbləri barədə hələlik heç bir rəsmi açıqlama verilmir. Polis Seyc Stallonenin narkotik maddələrin ifrat dozada qəbul edilməsindən öldüyünü istisna etmir.

"Seyc Stallone nikbin, həyatı sevən, peşəsinin vurğunu olan və depressiyalara meyli ilə seçilməyən adam idi", - Seyc Stallonenin vəkili Corc Braunşteyn deyib.

Aktyorun mətbuat katibi Mişel Beqa isə bildirib ki, Seyc Stallonenin narkotik vasitələrdən ölümü ilə bağlı versiya "ilkin iddiadır". Rejissor, aktyor, prodüser və ssenariçi Seyc Stallone əfsanəvi aktyor Silvestr Stallone ilə onun ilk xanımı Saşa Çakın övladı idi.

Seyc Stallone San-Dieqo şəhərində keçirilən "Comic Son" festivalına qatılmışdı. Onun filminin təqdimatında atası, 66 yaşlı Silvestr Stallone də iştirak etməliydi.

Seyc Stallonenin Los-Anceles şəhərindəki malikanəsində indi axtarışlar aparılıb.

Seyc Stallonenin çəkildiyi ilk film "Rokki V" idi. O, atası ilə birlikdə ekrana çıxmışdı.

Silvester Stallone ilk arvadı Saşa Çakdan 1985-ci ildə, 11 illik ailə həyatından sonra boşanmışdı.

Seycin böyük qardaşı, 32 yaşldı Sercio autizm xəstəsidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.