Yaxın günlərdə HELLO! jurnalına müsahibə verən müğənni və biznesmen Emin Ağalarov bəyan edib ki, mətbuatdan heç nəyi gizlətməməyə çalışacaq və onun qəlbinin sahibəsi var. “Qızlar, ağlayın! Rusiya şou-biznesinin qibtə oyadan adaxlısının ürəyinin sahibəsi var!” – Rusiyanın məşhur jurnalının başlığı təxminən bu cür idi.
Hər kəs Eminin qəlbinin sahibəsinin kim olduğunu bilməyə çalışırdı və sualın cavabını elə kiçik-Ağalarov özü sevgilisi – model Alyona Qavrilova ilə birgə fotosunu paylaşmaqla verib. Model 2004-cü ildə “Miss Mordoviya” titulunu qazanıb.
Müğənni fotoya şərh olaraq bütün abunəçilərinə “gözəl romantik əhval-ruhiyyə” arzu edib. Yeri gəlmişkən, əvvəlki fotolardan fərqli olaraq bu dəfə Alyonanın fotosu arxadan və kameradan üzünü çevirmiş halda deyil, Emin ilə birlikdə Qorki parkı ətrafında çəkilib.
Emin Alyona ilə ilk dəfə birlikdə bu ilin yazında görüntülənmişdi. Əvvəl cütlük HELLO! jurnalının “Rusiyanın ən dəbdəbəliləri” mükafatının təqdimatında, daha sonra isə Mixail Rudak Fondunun xeyriyyəçilik tədbirində çıxmışdı.
Qeyd edək ki, əvəllər Alyona Qavrilova milyonçu Rustam Tariko ilə vətəndaş nikahında olub və bu birlikdən 2007-ci ildə oğlu dünyaya gəlib. Lakin “Rus standartı”nın sahibi bir müddət sonra ondan ayrılır.
Yaxın günlərdə Emin Alyona ilə birgə fotosunu paylaşıb və onu doğum günü münasibətilə təbrik edib. Səbəbkarın doğum günü Sen-Tropedə yaxın dostlarının əhatəsində keçirilib.
Yeri gəlmişkən, Eminin abunəçiləri məmnuniyyətlə təbriklərə qoşularaq Alyonaya xoşbəxtlik və uğurlar arzu ediblər! O da öz növbəsində hər kəsə minnətdarlığını bildirib.
1news.az