Ermənilər cəbhə xəttində atəşkəsi pozur
27 sentyabr, 2012 07:27
Bakı, 27 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Berd rayonunun Çinarlı, Noyemberyan rayonunun Barekamavan və Voskevan kəndlərində, Ağdam rayonunun işğal olunan Yusifcanlı və Şıxlar, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.