Azərbaycan gəncləri Mahaçqalada olub
27 sentyabr, 2012 07:21

Bakı, 27 sentyabr (ERtv). Rusiyanın Dağıstan Respublikası Gənclər Siyasəti üzrə Komitəsinin  təşkilatçılığı ilə Mahaçqala şəhərində “Kaspi-2012” Gənclərin Beynəlxalq Təhsil Forumu keçirilib. Forumda Dağıstan, Rusiyanın Şimali Qafqaz federal dairəsi və digər bölgələrindən, eləcə də, Ukrayna, Qazaxıstan və Azərbaycandan da daxil olmaqla, 450-dən artıq gənc iştirak edib. Forumun keçirilməsindən əsas məqsəd gənclərdə mədəniyyətlər və etnik qruplar arası dialoqun inkişafına zəmin yaratmaq, dostluq və əməkdaşlığı möhkəmləndirmək, onları ksenofobiya və ekstremizm meyllərindən uzaqlaşdırmaq istiqamətində profilaktik səyləri gücləndirmək olub. Forumda ölkəmizi Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti təmsil edib. Tədbir zamanı nümayəndə heyəti üzvləri Dağıstan prezidenti Maqomedsalam Maqomedovla, habelə Dağıstan hökümətinin üzvləri ilə görüşüb, fikir mübadiləsi aparıb. Nümayəndə heyətinin üzvləri forum çərçivəsində keçirilən tok-şouda, müxtəlif yarışlarda uğurla iştirak edərək diplomlara layiq görülüb. Forumun işində fəal iştirakına görə Azərbaycan nümayəndə heyətinə  diplom təqdim edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.