Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 2,8 mln. manatdan çox güzəştli kredit verildi
26 sentyabr, 2012 10:25

Bakı, 26 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini bu gün Sabunçu rayonunun Zabrat qəsəbəsində keçirib. 150-dək sahibkarın iştirak etdiyi tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına güzəştli maliyyələşdirilən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində illik istehsal gücü 12,8 min ton çörək və 1,8 min ton şirniyyat məhsulları olan zavodda aparılan tikinti işlərinə baxış keçirilib.

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirində Sabunçu rayonunun, o cümlədən Zabrat qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı müəssisəsinin, kiçik və ya orta həcmli quşçuluq, istixana, bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Toplantıda Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğı nəticəsində Sabunçu rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyi, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığı, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd olunub.

Məlumat verilib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2003 investisiya layihəsinin maliyyələşdirilməsinə 164,3 milyon manatdan çox güzəştli kredit ayrılıb, bu kreditlər hesabına 7400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakıətrafı qəsəbələrdə 362 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 37 layihənin maliyyələşdirilməsinə 57 milyon manatdan çox güzəştli kredit verilib. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 2,8 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər əsasən, çörək və şirniyyat istehsalı, tikinti, polietilen materialları istehsalı, heyvandarlıq, quşçuluq sahələrinə yönəldiləcək.  Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 90-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.