Paytaxtın bəzi rayonlarına suyun verilməsində məhdudiyyətlər olacaq
26 sentyabr, 2012 08:35
Bakı, 26 sentyabr (ERtv). İstehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə “+69 Şərq” su anbarında əsaslı yenidənqurma və genişləndirmə işləri aparılır.
“Azərsu” ASC-nin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, bununla əlaqədar sentyabrın 26-27-də paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.