Prezident İlham Əliyev bir neçə ölkədə fəaliyyət göstərən səfirləri dəyişdirdi
25 sentyabr, 2012 18:09

Bakı, 24 sentyabr (ERtv). Prezident İlham Əliyev Fuad Eldar oğlu İsgəndərovun Azərbaycanın Belçikadakı səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Fuad İsgəndərov Azərbaycanın Niderland Krallığında səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev Emin Yaqub oğlu Eyyubovun Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında da sərəncamı imzalayıb. Daha bir sərəncamla Emin Eyyubov Azərbaycanın Belçikada, Lüksemburq Böyük Hersoqluğunda səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

Dövlət başçısı Mir-Nəmzə  Nazim oğlu Efendiyevin Azərbaycanın Niderland Krallığında səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Ölkə prezidentinin digər sərəncamı ilə Qabriel Valentin Komanesku Rumıniyanın Konstansa şəhərində Azərbaycanın fəxri konsulu təyin edilib. Azərbaycanın Xarici İşlər Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyevin imzaladığı daha bir sərəncamla isə Arif Zahid oğlu Məmmədov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.