Erməni silahlı qüvvələri atəşkəsi pozdu
25 sentyabr, 2012 05:34
Bakı, 25 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə İcevan rayonunun Berkaber kəndində, Ağdamın işğal olunan Mərzili, Füzulinin Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.