Erməni silahlıları atəşkəsi pozmaqda davam edir
19 sentyabr, 2012 08:35
Bakı, 19 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində, Xocavəndin işgal olunan Kuropatkino, Tərtərin Qızıloba, Ağdamın Mərzili və Şıxlar kəndləri yaxınlığında, Daşkəsən və Goranboy ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.