Prezident İlham Əliyevin Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə görüşü olub
18 sentyabr, 2012 17:21
Bakı, 18 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə görüşü olub. Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanan görüşdə əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.