Sumqayıtda baş verən partlayışda ölənlərin sayı 4-ə çatdı
18 sentyabr, 2012 10:06
Bakı, 18 sentyabr (ERtv). Sumqayıtda ötən gün baş verən dəhşətli partlayışda həlak olanların sayı 4-ə çatıb. Zərərçəkənlərin verdiyi məlumata görə, ölən 2 nəfərin şəxsiyyəti artıq müəyyənləşdirilib. Onlardan biri Sabir Babayev, digəri isə Piri Piriyevdir. Digərinin isə şəxsiyyəti müəyyənləşdirilir.
Xatırladaq ki, sentyabrın 17-də ilkin olaraq partlayışda həlak olan şəxsin Elman Səfərov olduğu açıqlanıb. Beləliklə, Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş verən yanğında ölənlərin sayı 4-ə çatıb.