Azərbaycanla Fransanın “Total” şirkəti arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
17 sentyabr, 2012 18:03
Bakı, 17 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyevin bu gün Parisdə “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşü olub. Görüşdə Azərbaycanla “Total” şirkəti arasında “Abşeron” və “Şahdəniz” yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlıq, eləcə də əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.