Prezident İlham Əliyevin “Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru ilə görüşü olub
17 sentyabr, 2012 17:49
Bakı, 17 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyevin bu gün Parisdə “Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barrillə görüşü keçirilib. Görüşdə “Tecnip” şirkətinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, bu şirkətin “Şahdəniz-1” yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu qeyd olunub. Həmçinin gələcəkdə Azərbaycan ilə “Tecnip” arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.