Prezident İlham Əliyevin “GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşü olub
17 sentyabr, 2012 17:33
Bakı, 17 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüşü keçirilib. Görüşdə Azərbaycanla “GDF-Suez” şirkəti arasındakı əlaqələrin perspektivləri, “Abşeron” qaz yatağı üzrə əməkdaşlıq, həmçinin Azərbaycanda əhalinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.