Erməni silahlıları atəşkəsi yenə pozdu
17 sentyabr, 2012 07:17
Bakı, 17 sentyabr (ERtv). Erməni silahlı bölmələri bu gecə Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və Ağdamın işğal olunan Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata gör, qarşı tərəf cavab atəşi ilə susdurulub.