Azərbaycanda qar yağdı
15 sentyabr, 2012 09:20
Bakı, 15 sentyabr (ERtv). Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Zaqatalaya ilk qar yağıb. Son günlər Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə son iki gün ərzində fasilələrlə leysan xarakterli yağış yağıb, havanın temperaturu düşüb.
Böyük Qafqaz sıra dağlarının cənub ətəyindəki yüksəklikləri qar örtüb.