Mübariz Tağıyevə Azərbaycan prezidentinin fərdi təqaüdü veriləcək
15 sentyabr, 2012 08:29
Bakı, 15 sentyabr (ERtv). Prezident İlham Əliyev Mübariz Tağıyevə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Mübariz Hüseyn oğlu Tağıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.