Ermənilər atəşkəsi pozur
15 sentyabr, 2012 06:53
Bakı, 15 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdamın Mərzili və Cəvahirli kəndləri yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.