BƏƏ “Azərbaycan” Cəmiyyəti Dubay Əmirliyi hökumət nümayəndələri ilə silsilə görüşlər keçirib
14 sentyabr, 2012 11:50

Bakı, 14 sentyabr (ERtv). Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov rəsmi Bakının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində apardığı işlərə dəstək məqsədilə BƏƏ-nin müxtəlif səviyyəli məmurları ilə görüşlər keçirərək onları Qarabağ həqiqətləri barədə məlumatlandırıb. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Dubay əmirliyinin Mərkərzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla, Dubay aparatının ictimaiyyətlə iş üzrə idarəsinin müdiri Əhməd Əl-Zahid, aparatın digər məsul əməkdaşı Əhməd Əl-Asam Məhəmməd və əmirliyin müxtəlif nazirlik və komitələrinin nümayəndələri ilə görüşlərdə Samir İmanov son günlər erməni tərəfinin sərhəddə atəşkəs rejimi intensiv surətdə pozduqları barədə məlumatlandırıb, Azərbaycanın sülhpərvər siyasət yeritdiyi və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün beynəlxalq hüquq və normalar çərçivəsində atdığı addımlardan danışıb. “Azərbaycan” cəmiyyətinin sədri eyni zamanda Dağlıq Qarabağ probleminin həll olunmaması ilə bağlı subyektiv səbəblərə də toxunub, beynəlxalq  təşkilatların, xüsusilə də  ATƏT-in Mins Qrupunun bu məsələdə qəti mövqe nümayiş etdirməməsinin münaqişənin həllinin 20 ilə yaxındır ki, uzanmasında gətirib çıxardığına qeyd edib. 

İsa Əhməd Əl-Mulla və Dubay əmirliyinin hökumət nümayəndələri verdiyi məlumatlara görə S.İmanova təşəkkür edib, belə görüşlərin müntəzəm keçirilməsinin zəruriliyini və iki ölkə arasında əlaqələrin inkişafına böyük dəstək verdiyini bildirib. Onlar eyni zamanda ümidlərini ifadə edib ki, tezliklə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsasən erməni tərəfi işğal olunan Azərbaycan torpaqlarını geri qaytaracaq və ədalət bərqərar olunacaq.

S.İmanov Dubay əmirliyinin Mərkəzi Kitabxanasına və Hökümət rəsmilərinə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan” cəmiyyətinə təqdim olunan ərəb dilində hazırlanan Qarabağ haqqında həqiqətləri özündə əks etdirən “Qarabağ” kitabını, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ haqqında həqiqi faktlar” toplusunu, Qarabağ həqiqətlərindən bəhs edən “Tarixin səsi” kitabçasını, “Erməni terroru”kitabını, “Kitabi Dədə Qorqud” Ensiklopediyasını, Azərbaycan prezidenti İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən “İlham Prezident Portreti” kitabını, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən ərəb və ingilis dillərində müxtəlif kitabları hədiyyə edib. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.