Bakının Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyuldu
14 sentyabr, 2012 11:39
Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulub. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı uşaq bağçasının istifadəyə verildikdən sonrakı görüntülərini əks etdirən stendə baxıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək bağçanın binasının sahəsi 1200 kvadratmetr olacaq. İki mərtəbədən ibarət binada akt zalı, yeməkxana, inzibati otaqlar, həkim otağı yaradılacaq. Burada uşaqların rahatlığı üçün hər cür şərait olacaq.
Prezident İlham Əliyev uşaq bağçası binasının təməlini qoyub.
Dövlət başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.