Bakının Nizami rayonu ərazisində yeraltı piyada keçidi istifadəyə verildi
14 sentyabr, 2012 11:25
Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Nizami rayonu ərazisində Babək prospekti ilə N.Abdullayev küçəsinin kəsişməsindəki yeraltı piyada keçidi istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı keçidin texniki göstəricilərini əks etdirən stendə baxıb.
Azərbaycan prezidenti yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, keçidin uzunluğu 64, eni 8, hündürlüyü isə 3,2 metrdir. Piyada keçidinin istifadəyə verilməsi yeni açılmış məktəbin şagirdlərinin və valideynlərinin, eləcə də bu ərazidə yaşayan sakinlərin təhlükəsizliyinə və sərbəst hərəkətinə imkan yaradacaq.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib.