Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
03 avqust, 2012 08:26
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Xocavənd rayonunun Kuropatkino kəndi; Füzuli rayonunun Horadiz şəhəri; Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında, Gədəbəy, Goranboy və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.