Azərbaycanın mədəniyyət və turizm naziri Bolqarıstana səfər edəcək
04 iyul, 2012 14:46
İyulun 5-6-da Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstanda səfərdə olacaq. Ə. Qarayev bolqar həmkarı Vecdi Rəşidovla görüşəcək. Görüşdə ikitərəfli əlaqələrin inkişaf məsələləri müzakirə ediləcək.
Ə. Qarayev səfər çərçivəsində Bolqarıstanın Mili Tarix Muzeyinə baş çəkəcək və Plovdiv şəhərinin görməil yerləri ilə tanış olacaq.