Prezident İlham Əliyevin sərəncamı ilə DİN-nin bir qrup əməkdaşı təltif edilib
29 iyun, 2012 18:19
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib. Bu əməkdaşlar cinayətkarlığa qarşı mübarizədə, hüquq qaydasının möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisi günü münasibətilə təltif ediliblər.