Abşeron rayonunun qaz təchizatında fasilə olacaq
04 iyun, 2012 14:50
Sabah Abşeron rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə ARDNŞ-dən məlumat verilib.
Məlumatda deyilir ki, təmir işləri ilə əlaqədar 5 iyun 2012-ci il tarixdə saat 10-dan 17-dək “Ceyranbatan” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.