Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zaqatalada zəlzələ bölgəsindəki son vəziyyəti müzakirə edib
04 iyun, 2012 10:58
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya səfər edib.
K. Heydərov Zaqatalada yaradılan qərargahda olub. Nazir Qax, Zaqatala və Balakən rayonlarının icra başçıları ilə birgə zəlzələ bölgəsindəki son vəziyyəti müzakirə edib.
K. Heydərov zəlzələdən zərər çəkmiş bir neçə kənddə olub, yerli sakinlərlə görüşüb, aparılan təmir-tikinti və yenidənqurma işləri ilə birbaşa yerində tanış olub.
Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.