Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
26 may, 2012 11:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.