Bakının Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi olub
26 may, 2012 09:03
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 25-də saat 20:20 radələrində Xətai rayonu ərazisində Elnur Əzizov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yol ayrıcına vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış sərnişinləri - Firuz Piracov, Tatyana Oktyamova və Əli Salmanov isə xəstəxanaya yerləşdiriliblər.
Xətai Rayon Polis İdarəsindən əldə olunan məlumata görə, qəza zamanı "Mercedes" aşaraq bir neçə dövrə vurub. Sürücü isə hadisə yerində keçinib.