Azərbaycan Milli Məclisi dövlət büdcəsinin artırılması barədə məsələni mayın 29-da müzakirə edəcək
24 may, 2012 08:22
Milli Məclisin (MM) növbəti plenar sessiyası mayın 29-da keçiriləcək.
MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, iclasda ümumilikdə 10 məsələnin müzakirəsi gözlənilir. Bu sıraya “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihələri daxildir. Həmçinin, Ticarət Gəmiçiliyi Məcəlləsi, “Mühasibat uçotu haqqında” “Dövlət rüsumu haqqında”, “Patent haqqında” və digər qanunlara dəyişiklik ediləcək.
Mayın 29-da keçiriləcək iclasda Azərbaycanın 2012-ci il dövlət büdcəsinə bir sıra əlavələr də ediləcək.