Şəkidə növbəti zəlzələ baş verib
14 may, 2012 17:44
Azərbaycanın Şəki rayonunda yenidən zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi xəbərə görə, yerli vaxtla saat 20:51:30 -da Şəki rayonu ərazisində, Şəki şəhərindən 10 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4 bala qədər, Şəki şəhərində 3 bala qədər hiss olunub. İnsan tələfatı yoxdur.