Azərbaycanda 118 metr uzunluğunda körpü qəzalı vəziyyətə düşüb, Quba istiqamətində avtomobillərin hərəkəti dayandırılıb
08 may, 2012 06:25
Quba rayonu ərazisində, Vəlvələçay üzərində yerləşən 118 metrlik körpü qəzalı vəziyyətə düşüb.
Bu səbəbdən Gəndob-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bakıdan Qubaya və Rusiya Federasiyası sərhədinə gedən avtomobillər Xaçmaz rayonundan keçməklə hərəkət edir. Quba 5 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov APA-ın şimal bürosuna bildirib ki, dayaqlarda problemlər yaranıb və körpü təmirə dayanıb. İdarə rəisi bir müddət yolda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağını qeyd edib.