Azərbaycan prezidenti İlham Əliyev Argentinanın xarici işlər naziri ilə görüşüb
04 may, 2012 06:04
ABŞ-da işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Tərəflər ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulayıblar. Argenitinanın iş adamlarının yaxın zamanlarda Azərbaycana həyata keçirəcəkləri səfərin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.