Sabah Şamaxı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
03 may, 2012 15:31
Təmir işləri ilə əlaqədar olaraq mayın 4-də saat 09:00-dan 19:00-dək “Dilman-Şərədil” xətti istisna olmaqla “Şamaxı” və “Çuxuryurd” Avtomatik Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Şamaxı şəhəri də daxil olmaqla, rayonun Çuxuryurd, Nağaraxana, Məlhəm və Əngixaran kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.