Azərbaycanda Şuşanın tarixi haqqında məlumatlar dərsliyə salınacaq
03 may, 2012 07:08
"Şuşanın tarixi və bu şəhər haqqında bütün məlumatlar dərsliyə salınmalıdır".
Bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, dərsliklərin növbəti nəşrlərində Şuşa şəhərinin tarixi barədə ayrıca məlumat veriləcək.
Nazir hesab edir ki, Şuşa şəhəri haqqında məlumatların dərsliklərə salınması gələcək nəsillərin bu şəhər haqqında ətraflı məlumat almasında mühüm rol oynayacaq.