Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir
03 may, 2012 04:56
Azərbaycan prezidenti İlham Əliyev mayın 2-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gedib.
Səfərin məqsədi Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbirdə və BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etməkdir.