Bakının mərkəzində avtomobil xəndəyə düşdü: 1 ölü, 2 yaralı
02 may, 2012 06:23
Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.
Rayon Polis İdarəsindən verilən məlumata görə, gecə saatlarında 3-cü mikrorayon dairəsi yaxınlığında Mİkayıl İsrafilovun idarə etdiyi “Nissan” markalı minik maşını yolun ortasında qazılmış xəndəyə düşüb.
Qəza nəticəsində “Nissan”da olan sərnişin, Anatoliy Lobanov hadisə yerində dünyasını dəyişib, sürücü və başqa bir sərnişin isə xəsarət alıb.
Faktla bağlı araşdırma apaırlır.